Naftalan Azərbaycan
– dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan
nefti yatağıdır. Naftalan hələ qədim zamanlardan dayaq hərəkət aparatı
xəstəliklərinin, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün
güclü vasitə kimi şöhrət qazanıb. Naftalan iltihab proseslərini aradan
qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə
proseslərini yaxşılaşdırır. “Qara qızıl çeşməsi – sağlamlığın açarıdır”-
Naftalan müalicə ocaqlarının şüarı belə səslənir.
Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə (Kirovabad) şəhərindən 50 km məsafədə, ekoloji təmiz rayonda yerləşir.
Naftalan kurortunun tarixçəsi öz başlanğıcını 1873-cü
ildən, naftalanın dayaz quyulardan əllə çıxarıldığı vaxtdan götürür.
Naftalan “Yerin qatı qanı” adlandırılır. Naftalanın müalicəvi
xüsusiyyətlərinin öyrənilməsindən və ondan istifadəyə başlanılmasından
100 ildən artıq müddət keçib. Müxtəlif xəstəliklər zamanı onun
effektivliyi 1600-dən artıq elmi işin və monoqrafiyaların nəticələri ilə
təsdiq edilib.
1929-cu ildən başlayaraq naftalan yatağı ərazisində ixtisaslaşdırılmış
Naftalan kurortu fəaliyyətə başlamışdır. Burada SSRİ-nin bütün
guşələrindən dayaq hərəkət aparatı xəstəliklərindən, nevroloji, dəri,
ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə
olunurdular. Sovet dövründə Naftalan kurortu partiya elitasının ən
sevimli istirahət yeri idi.
Hal-hazırda Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olan Naftalan
kurortu yeni dirçəliş mərhələsini yaşayır. Hazırda Naftalanın, sovet
dövründə kurort birliyinin tərkibinə daxil olan bir neçə sanatoriyasında
istilik və ultrabənövşəyi şüalanma ilə kompleks şəklində
qətransızlaşdırılmış naftalanla, naftalan fraksiyaları və
karbohidrogenlərlə yeni müalicə üsulları tətbiq edilir. Sanatoriyalar
(həm özəl, hə də həmkərlar ittifaqının nəzdində olan) bir çox prosedura
növlərinə sahibdirlər və xəstələrə lazım olan proseduralar, uzun sürən
ətraflı müayinədən sonra fərdi olaraq seçilir və təyin edilir.
Sanatoriyalarda müasir funksional diaqonostika kabinetləri, klinik
diaqnostik və biokimyəvi laboratoriyalar da fəaliyyət göstərir.
Hal-hazırda Naftalan kurortu maksimal rahat komfortlu şəraitdə 70 – dən
artıq xəstəliyin müalicəsini təmin edir. Naftalan sanatoriyaları il boyu
dünyanın bütün ölkələrindən gələn xəstələri müalicə üçün qəbul edir.
İxtisaslı, təcrübəli və xoşniyyətli kollektiv ən vacib məqsədə, İnsan
sağlamlığına nail olmaq üçün bütün qüvvəsini sərf edir.
NAFTALANIN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına müsbət təsir
göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını
genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin
aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşırdırır
və mikroblara qarşı təsir qüvvəsinə malikdir.